Menyu

Səhv karta göndərilən pulu qaytarmaq mümkündürmü? - VİDEO

Operativ Media
Səhv karta göndərilən pulu qaytarmaq mümkündürmü? - VİDEO

Bir çox vətəndaşların tez-tez qarşılaşdığı hallardan biri pulun səhv karta köçürülməsidir. Bu cür vəziyyətlərdə vəsaitin geri qaytarılıb-qaytarılmaması ilə bağlı suallar daima gündəmdə olur.

Operativ Media xəbər verir ki, ARB-də yayımlanan “Günə doğru” verilişində məhz bu mövzu müzakirə edilib.

Verilişdə çıxış edən ekspert bildirib ki, səhv karta göndərilən pulun geri qaytarılması mümkündür.

Ekspertin sözlərinə görə, belə hal baş verdikdə vətəndaş ilk növbədə bankla əlaqə saxlamalı, məsələyə dair rəsmi müraciət etməlidir.

Bank isə qarşı tərəflə əlaqə yaradaraq vəsaitin geri qaytarılması prosedurunu həyata keçirir.

Daha ətraflı video-süjeti təqdim edirik:

Əlaqəli Xəbərlər